NATO-ya üzv olmaq üçün Türkiyənin “hə” cavabına ehtiyacı olan İsveç növbəti dəfə qalmaqallı qərar verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, polis paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.
Qeyd edək ki, Danimarkada yerləşən və İsveçdə ifrat sağçı baxışları ilə tanınan irqçi Sərt İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan da analoji təxribat törədib.
Bildirilib ki, bu təşəbbüs iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun Zirvə Toplantısından əvvəl xüsusi diqqət çəkib.
İqbal Rzayev,
KONKRET.az
