İsveç və Finlandiya 33 nəfəri Türkiyəyə ekstradisiyadan imtina etdibackend

İsveç Finlandiya 33 nəfəri Türkiyəyə ekstradisiyadan imtina etdi

NATO-ya üzv olmaq prosesinə başlayan İsveç və Finlandiya Ankaranın ekstradisiyasını tələb etdiyi, Türkiyədə qadağan olunmuş FETÖ və Kürdüstan Fəhlə Partiyasının (PKK) 33 üzvündən heç birini ekstradisiya etməyib.

KONKRET.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl verdiyi açıqlamaya görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə qeyd edib ki, Finlandiya və İsveç Ankaranı narahat edən məsələlərdə Türkiyə ilə işləməyə hazır olduqlarını bəyan ediblər.

“NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiya din xadimi Fətullah Gülənin (FETÖ) terror təşkilatı və PKK-dan olan terrorçuları Türkiyəyə təhvil vermirlər. Türkiyə Finlandiyadan 12 nəfərin ekstradisiyası prosesinə başlayıb ki, bunlardan altısı FETÖ üzvüdür, altısı isə PKK ilə əlaqəlidir. Həmçinin İsveçdən 21 nəfərin ekstradisiyasını tələb edib ki, bunlardan 10-u FETÖ, 11-i PKK üzvüdür. Hər iki ölkə məhkəmə qərarlarına və sübutlarına uyğun olaraq qərar verilən 33 ekstradisiya tələbindən heç birinə müsbət cavab verməyib”, – deyə bu barədə verilən məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*