İsveçin NATO-ya üzvlük protokolu TBMM-ə təqdim olunacaqbackend

İsveçin NATO-ya üzvlük protokolu TBMM-ə təqdim olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.

KONKRET.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş konstruktiv keçib.

“Mən Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə və protokolun təsdiqlənməsinə əmin olmaq üçün Millət Məclisi ilə ilə işləyəcəyinə razılıq verdiyi üçün şadam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*