İsveçrədə bir koronavirusdan ikinci ölüm hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi məlumat verib. Artıq Bazel şəhərindən 76 yaşlı bir kişinin virusdan öldüyü bildirilir. Qeyd edək ki, martın 5-də 74 yaşlı qadın dünyasını dəyişmişdi.
Yeri gəlmişkən bu günə qədər İsveçrədə 332 nəfər koronavirusa yoluxub. Laboratoriyada 281 hal təsdiqlənib, daha 51 analiz təkrar yoxlanılır.
