İşxan Saqatelyan: Türkiyə və Azərbaycanın son məqsədi milli kimliyimizi məhv etməkdirbackend

İşxan Saqatelyan: Türkiyə və Azərbaycanın son məqsədi milli kimliyimizi məhv etməkdir

Ermənistanın Daşnaksütyun partiyasının təşəbbüsü ilə dekabrın 14-də İrəvanda “Ermənistan-Türkiyə münasibətləri: təhlükə, yoxsa fürsət?” mövzusunda beynəlxalq konfrans keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə partiyanın üzvü İşxan Saqatelyan çıxışında yenə Azərbaycan və Türkiyəyə qarşı nifrətini gizlətməyib.

“Bu gün biz əminliklə deyə bilərik ki, Qarabağı geri almaqla Azərbaycan və Türkiyə nəinki regionda öz mövqelərini möhkəmləndirdilər, həm də bütün regionda sabitliyin pozulmasının yeni mərhələsinə başladılar”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, güc balansının olmadığı bir şəraitdə Türkiyə bu gün bütün regiond fəaliyyət göstərir: “Bunu son hadisələr də sübut edir”.

Türkiyə-Azərbaycan tandeminin məqsədinin təkcə Qarabağın geri qaytarılmadığının olmadığını vurğulayan Saqatelyan deyib ki, Türkiyə və Azərbaycanın son məqsədi milli kimliyimizi məhv etməkdir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*