İtaliyada yoluxma hallarının ümumi sayı 2 min nəfər artaraq 12 min nəfəri ötüb, ölənlərin sayı isə 196 nəfər artıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə xidmətinin rəhbəri Anjelo Borelli bildirib. Onun sözlərinə görə, ölkədə sağalmış insanların sayı daha 41 nəfər çoxalaraq 1045-ə çatıb.
“Biz 196 ölümcül nəticə qeydə aldıq”, – Borelli bildirib. Beləliklə, qurbanların sayı 827-ə çatıb.
Borelli bildirib ki, ölənlər və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 12 462-ə çatıb.
