İtaliyanın Pyemont regionunun qubernatoru Alberto Çirio koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
“Mən fasiləsiz olaraq uzaqdan işləməyə davam edəcəyəm”, – Çirio bildirib.
Məlumata görə, qubernator evində karantinə alınıb və özünü yaxşı hiss edir.
