İtaliyada son sutka ərzində 97 nəfər koronavirusun qurbanı oldubackend

İtaliyada son sutka ərzində 97 nəfər koronavirusun qurbanı oldu

İtaliyada koronavirus pnevmoniyasına yoluxma səbəbindən sutka ərzində ölənlərin sayı 97 nəfər olub, ümumilikdə ölənlərin sayı isə 463-ə çatıb.

KONKRET.az “TASS”-a istinadən xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, hazırda İtaliyada bu virusa yoluxanların sayı 9172 nəfər təşkil edir.

Bundan əvvəl 366 nəfərin öldüyü, 6387 nəfərinsə virusun daşıyıcısı kimi qeydiyyata alındığı deyilirdi. Borrelli, həmçinin 724 insanın sağaldığını da əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*