İtkin düşən Aprel döyüşçüsü axtarılır – FOTO/VİDEObackend

İtkin düşən Aprel döyüşçüsü axtarılır – FOTO/VİDEO

Aprel döyüşlərinin iştirakçısı, 1997-ci il təvəllüdlü Vüsal Nəzərov itkin düşüb.

KONKRET.az xəbər verir ki, Xudat şəhər İstisu qəsəbə sakini günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailəsi 11 gündür ki, onu axtarır.

Atası Əşrəf Nəzərov deyir ki, ailənin tək oğlan övladı olan Vüsal təbiətcə çox sakit və sözəbaxan olub, aralarında indiyədək ciddi bir münaqişə yaşanmayıb.

Qeyd edək ki, Vüsal Nəzərov yay mövsümündə ofisiant kimi çalışıb, payız-qış aylarında isə atasının yanında usta köməkçisi işləyib. Evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini belə götürməyən Vüsalın birdən-birə bu şəkildə yoxa çıxması hər kəsi şoka salıb. İndi bütün qohum-əqrəba kədər içində onun gəlişini gözləyir.

Məsələ ilə bağlı polisi məlumatlandıran ailə Vüsal barədə hər hansı informasiyası olan insanlardan onlarla əlaqə saxlamağı xahiş edir.
Xatırladaq ki, Vüsal subaydır və 2 bacının tək qardaşıdır. Evdən çıxarkən əynində sarı zolaqlı üst geyimi olub. Onu görənlərdən xahiş olunur ki, bu barədə ya 102 xidmətinə, ya da aşağıdakı nömrələrə zəng edərək məlumat versinlər.

0 (70) 961-81-27
0 (55) 567-07-66

Emin Kərimov,
KONKRET.az

No description available.

No description available.

No description available.No description available.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*