Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.
18:44
Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.
O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.
Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!
