Baş Prokurorluq nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yaydı – FOTO / YENİLƏNİBbackend

Baş Prokurorluq nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yaydı - FOTO / YENİLƏNİB

Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

18:44

Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*