İtkin düşən əsgərimiz Ermənistana keçməyib – İrəvan iddiaları TƏKZİB ETDİbackend

İtkin düşən əsgərimiz Ermənistana keçməyib – İrəvan iddiaları TƏKZİB ETDİ

“Bizdə Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı hər hansı məlumat yoxdur”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti çıxış edib.

Ermənistan MTX həmçinin yeni informasiya olacağı halda məlumat verəcəklərini bildirib.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Bir sıra erməni Teleqram kanalları isə hərbçimizin Ermənistan tərəfə keçdiyini və saxlanıldığını iddia edib.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*