Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 113 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
03.11.2020
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində həlak olanların və yaralananların sayı yenidən artıb.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb, bununla da həlak olanların sayı 109-a çatıb, xəsarət alanların sayı isə 1 036-ya yüksəlib.
***
13:50
İzmirdəki zəlzələ nəticəsində həlak olanalrın sayı 105-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Hadisə nəticəsində 1000-dən artıq insan xəsarət alıb.
Hazırda 5 binada axtarış-xilasetmə işləri davam edir. Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.
***
09:30
30 oktyabrda Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, ümumilikdə 994 nəfər xəsarət alıb.
Onlardan 847-si xəstəxanadan evə buraxılıb, 147 nəfərin müalicəsi davam etdirilir.
***
07:30
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 98-ə çatıb.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 994 nəfər xəsarət alıb.Onlardan 847-si xəstəxanalardan evə buraxılıb. 147 nəfərin isə müalicəsi davam etdirilir.
***
02.10.2020
17:09
Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 91 nəfərə çatıb.
KONKRET.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
***
12:08
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 83-ə yüksəlib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.
Məlumata görə, yeraltı təkan nəticəsində 962 nəfər xəsarət alıb.
Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub.
Hadisə nəticəsində şəhərin bir sıra binaları dağılıb.
***
İzmirdə baş vermiş 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 962 nəfər xəsarət alıb. Onlardan 743-ü müalicə olunaraq evə buraxılıb. 219 nəfərin müalicəsi davam etdirilir.
Hazırda 8 binada axtarış-xilasetmə işləri davam edir.
Zəlzələdən sonra 1120 avterşok qeydə alınıb.
