JAXA yeni tipli “ALOS-4” müşahidə peykini orbitə çıxardıbackend

JAXA yeni tipli “ALOS-4” müşahidə peykini orbitə çıxardı

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) yeni tipli “ALOS-4” müşahidə peykini H3 raketi ilə uğurla orbitə çıxardığını bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış infraqırmızı sensorlu “Qabaqcıl Quruda Müşahidə Peyki” (ALOS-4) istifadədə olan ALOS-2-ni əvəz edəcək.

Yeni tipli “ALOS-4” peyki fəlakətin xəritəsini tərtib etmək üçün məlumatların toplanması və raket sınaqları da daxil olmaqla hərbi fəaliyyətlərin monitorinqi kimi kəşfiyyat missiyalarını yerinə yetirəcək.

Bildirilib ki, uğurla buraxılan H3 raketi JAXA və “Mitsubishi Heavy Industries” şirkətlərinin birgə istehsalı olub və geniş istifadə olunan H2A-nı əvəz etməyi planlaşdırır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*