Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski koronavirusa qarşı yeddinci dəfə peyvənd olunub.
KONKRET.az xəbər verir ki, bu barədə siyasətçi özünün Teleqram kanalında yazıb.
“Dostlar, peyvənd olunun. Əvvəllər mən “Sputnik V” ilə peyvənd olunmuşdum, bu dəfə isə “KoviVak”dan istifadə etdim. 2020-ci ilin sentyabrından bəri bu mənim 7-ci peyvəndimdir. Bir dəfə də olsun koronavirusa yoluxmadım, özümü yaxşı hiss edirəm”, – Jirinovski bildirib.
