Jirinovskinin varisi: “Azərbaycana səfər etməkdən yorulmuram”backend

Jirinovskinin varisi: “Azərbaycana səfər etməkdən yorulmuram”

“Azərbaycan fəxr etdiyimiz ölkədir. Bu ölkə uzun illər mənim qəlbimdə yaşayır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Liberal Demokrat Partiyasının yeni seçilmiş lideri Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində Müstəqillik Günü münasibətilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Azərbaycan çiçəklənən iqtisadiyyat deməkdir. Bu gün Azərbaycan elə ölkədir ki, getməkdən yorulmursan, yenidən getmək istəyirsən. Prezident İlham Əliyev ölkəsi üçün görünməmiş uğurlar qazanıb. O, Azərbaycanı enerjidən asılı olmayan ölkəyə çevirib. İlham Əliyev həlli mümkün olmayan işlərin öhdəsindən layiqincə gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun koordinasiyası ilə ölkədən kənarda da böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilib. Müstəqillik Günü münasibətilə bizə yaxın olan Azərbaycan xalqını təbrik edirəm”, – rusiyalı siyasətçi bildirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*