Erməni yunan-Roma güləşçisi, Avropa çempionu, dünya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Arsen Julfalakyan özünün facebook sosial şəbəkəsində yüksək dövlət mükafatlarının, medalların və diplomların təqdim edilməsinə münasibət bildirib.
KONKRET.az bildirir ki, Arsen Julfalakyan yazıb:
“Dövlətə ən böyük ziyan vuran şəxsin başçılığı dövründə Ermənistanın müstəqilliyinin 30 illiyi münasibətilə bayram tədbirləri keçiriləcək.
Məncə, indi jurnalistlərin bu sualı mükafata namizəd olanlara həqiqətən vermə vaxtıdır. Düşünürəm ki, müxtəlif sahələrin layiqli və hörmətli nümayəndələrinin böyük əksəriyyəti hər hansı bir mükafat, medal və diplomdan açıq şəkildə imtina etsə, bu çox düzgün və simvolik olardı!
Çoxlarının belə bir addım atmağa hazır olduğuna ümidim var, sadəcə bütün bunları razılaşdırmaq lazımdır.
Və ümumiyyətlə, mükafatlar dövləti dağıdan şəxs tərəfindən imzalanmışsa, ən yüksək mükafat belə kimə gərəkdir?”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
