Jurnalist Zemfira Süleymanova Donetskdə öldübackend

Jurnalist Zemfira Süleymanova Donetskdə öldü

“Donetsk Xalq Respublikası”nda rusiyalı jurnalist Zemfira Süleymanova minanın partlaması nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi müxbir Semyon Peqov öz “Telegram” kanalında məlumat verib.

“Hərbi müxbir kimi yeni fəaliyyətə başlayan Zemfira Süleymanova, Eduard Limonovun “Fərqli Rusiya” partiyasının fəalı (ölkədə qadağan olunmuş Milli Bolşevik Partiyasının üzvləri tərəfindən yaradılıb – red.) Donbasa bu yaxınlarda gəlib. Əsl hərbi jurnalist olmaq üçün humanitar yardımla məşğul olurdu”, – Pegov yazıb.

O, mərhum jurnalistin çox gənc olduğunu da qeyd edib.//Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*