Bu gün Ermənistan parlamentində olan jurnalistlərdən biri Alen Simonyandan Qarabağa nə vaxt qayıdacaqları barədə sual verib.
KONKRET.az xəbər verir ki, Simonyanın cavabı çox qısa olub:
“Sülh müqaviləsi imzalananda”.
Jurnalist hazırda Qarabağ ermənilərinin geri qaytarılması ilə bağlı danışıqların davam edib-etmədiyini soruşanda isə Simonyan belə cavab verib:
“Siz bunu məndən də yaxşı bilirsiniz. Başqa nə sualınız var?”, – Simonyan sualı-sualla cavablandırıb.
Vəli Həsənoğlu,
KONKRET.az