Kadırovun deputat dostu Yanqulbayevin qohumlarını və onun təhdidlərini rus dilinə çevirəcək şəxsləri başlarını kəsəcəyi ilə hədələyib.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, Kadırovun dostu və “Vahid Rusiya” Dövlət Dumasının deputatı Adam Delimxanov hakim Yanqulbayevin qohumlarının və onun təhdidlərini rus dilinə çevirəcək şəxslərin başlarını kəsəcəyini vəd edib.
Deputatın bu səsli-küylü təhdidlərinə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da münasibət bildirib.
“Vahid Rusiya” fraksiyası və Dumanın etika komissiyası deputat Delimxanovun Yanqulbayevlərin təqibi ilə bağlı dediklərinə qiymət verməlidir, artıq müəyyən qiymətləndirmələr var”, – deyə Peskov bildirib.
Lakin Çeçenistanda Delimxanova dəstək verənlər də tapılıb, artıq baş kəsmə iddiaları ilə fləşmob da başlayıb.
Dövlət Dumasının deputatı Delimxanovu əsas çeçen təhlükəsizlik məmurları dəstəkləyib. Daxili İşlər Nazirliyinin, Milli Qvardiyanın, Fövqəladə Hallar Nazirliyinin rəhbərləri və baş nazirin müavinləri, “gecə-gündüz onların daha vacib işlərinin olmadığını”, Yanqulbayevləri tapıb başlarını kəsməyi açıq şəkildə elan ediblər.
Həmin videoları təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
