Kadr çatışmazlığı ən yüksək həddə çatdı – PROBLEM CİDDİLƏŞİRbackend

Kadr çatışmazlığı ən yüksək həddə çatdı – PROBLEM CİDDİLƏŞİR

Rusiyada kadr çatışmazlığı ciddi problemə çevrilib.

KONKRET.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi bununla bağlı xəbərdarlıq edib ki, ölkədə əmək məhsuldarlığı sürətlə azala bilər.

Hökumət istehsal proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə tədbirlər həyata keçirdiyi üçün ölkədə işçi çatışmazlığı daha aşkar görünür. Qeyd olunur ki, 2030-cu ilə qədər bu problem özünün pik həddinə çata bilər.

İqtisadi inkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, altı il ərzində müvafiq işlər nəticəsində 100 min kadr öz sahəsi ilə bağlı işlə təmin olunub. Hökumət rəsmisi hesab edir ki, əmək məhsuldarlığının artırılması üzrə dövlət proqramının uzadılması bu problem qismən həll edəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*