Nikaraquadan olan Şanis Palasios “Kainat gözəli” seçilib.
KONKRET.az xəbər verir ki, Nikaraquanı təmsil edən 23 yaşlı Şannis Alondra Palasios Kornexo finalı El Salvadorda keçirilən 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin qalibi olub.
Tədbir müsabiqənin YouTube kanalında yayımlanıb. Tailand təmsilçisi 27 yaşlı Anntonia Porsild vitse-miss olub.
Təşkilatçılar növbəti belə yarışmanın Meksikada keçiriləcəyini bəyan ediblər.
Burhan,
KONKRET.az
Lahıcda bundan qat-qat gözəl xanımlar var.Bu heç kənd gözəli də ola bilməz.