Kalın: “Yeni “soyuq müharibə” dövrünə qədəm qoyduq”backend

Kalın: "Yeni "soyuq müharibə" dövrünə qədəm qoyduq"

“Ukrayna böhranı dərinləşməyə davam edir, bu müharibənin təsirləri onilliklərlə davam edəcək” 

KONKRET.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabında yazıb.

“Qarşılıqlı səhvlər, yeni qüvvələr balansının axtarışı, qısamüddətli maraq hesablamaları orta və uzunmüddətli perspektivdə böyük strateji itkilərə, eləcə də, humanitar dramlara səbəb olacaq. Biz yeni “soyuq müharibə” dövrünə qədəm qoyduq. Bu müharibənin təsirləri ölkəmizə böyük təsir göstərəcək, illər boyu davam edəcək”.

Kalın bildirib ki, Türkiyə bu kritik dövrdə çoxşaxəli təşəbbüslərini davam etdirəcək:

“Ərzaq və enerji təhlükəsizliyindən tutmuş geosiyasi dinamika və regional ittifaqlara qədər bütün sahələrdə yeni tarazlıqlar qurulacaq. Türkiyə bu kritik dövrdə balanslı mövqeyini qoruyacaq, sülh, sabitlik, təhlükəsizlik və ədalətin bərqərar olması üçün çoxşaxəli təşəbbüslərini davam etdirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*