“Kalininqrad demilitarizasiya edilməlidir”.
KONKRET.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin keçmiş rəis müavini Romuald Şeremetyev deyib. O, demilitarizasiya və “cinayətkar Kalinin”in adına olan Kalininqradın adının dəyişdirilməsini tələb edir.
Polşalı hərbi ekspert NATO-nun Sankt-Peterburqa girəcəyini açıqlayıb və Rusiyanın süqutunun gözlənildiyindən daha tez baş verəcəyinə ümid edir.
“Moskvanın NATO-nun genişlənməsinə cavabı nə ola bilər? Sadəcə hay-küy. Nüvə silahı ilə qorxutmaq, çünki ruslar daha heç nə ilə qorxuda bilməzlər. İndiki Rusiya Sovet İttifaqından qat-qat zəif olduğundan və Putinin Stalin kimi lider olmadığından, Rusiyanın dağılması gözlənildiyindən daha tez baş verəcəyini gözləyirəm”, – deyə Şeremetyev bildirib.
Müdafiə Nazirliyinin keçmiş rəis müavini “NATO-nun ayaqlarının arasına qoyulmuş barıt çəlləyinin üstündə oturmasına” qəzəblənib.

Xuraman Etibarlı,
KONKRET.az
