Kamal Sunalın filmindən ilhamlanıb özünü pul qarşılığında döydürür – VİDEObackend

Kamal Sunalın filmindən ilhamlanıb özünü pul qarşılığında döydürür - VİDEO

Türkiyədə çəkilən məşhur filmdəki hadisə real həyatda baş verib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət mərhum aktyor Kamal Sunalın baş rolda oynadığı “Şark Bülbülü” filmindən gedir.

Belə ki, filmdəki müdir obrazı əsəbiləşəndə stress atmaq üçün ödənişlə bir nəfəri döyür. Döyülməkdən yorulan “Mazlum” obrazı haldan düşəndən sonra yerinə “Şaban” işə götürülür.

Filmdəki “Mazlumu gətirin” replikasından ilhamlanaraq öz işini quran Həsən Rza Günay 11 ildir ki, sıxılan, müdirinə və həyat yoldaşına hirslənən, stress atmaq istəyənlərə pul qarşılığında özünü döydürür.

H.R.Günay Türkiyə Patent İnstitutundan qeydiyyatdan keçərək ilk döyülən rəsmi adam ünvanına sahib olub.

Seansların 10-15 dəqiqə olduğunu deyən Günay bildirib ki, müştərilərinin bəziləri onu tanımaq istəyir: “İlk müraciətindən necə adam olduqlarını başa düşürəm. Bilirəm ki, eqosunu təmin etmək üçün müraciət edib. Hər müştəriyə getmirəm. Müştəriyə görə qiymət deyirəm. Gün ərzində ən çox 2-4 müştəriyə gedirəm. İş yerim müştərilərin evi, ofisi, idman zallarıdır”.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*