Kanada Putin və Lavrova qarşı sanksiyalar tətbiq edəcək.
KONKRET.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo Ukrayna hadisələri ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
“Kanada üçüncü sərt koordinasiyalı sanksiyalarımızı elan edir. Birincisi, biz prezident Putinə və bu vəhşi müharibənin digər memarlarına qarşı sanksiyalar tətbiq edəcəyik”,- deyə o, televiziya ilə çıxışında deyib.
Eyni zamanda, Trüdo etiraf edib ki, Putinə qarşı sanksiyalar simvolik məna daşıyır, çox güman ki, onun Kanadada mülkü yoxdur.
O, həmçinin bildirib ki, Kanada Rusiyanın SWIFT sistemindən ayrılmasını dəstəkləyir.
“Mən Kanadanın Rusiyanın qlobal bank sisteminin mühüm hissəsi olan SWIFT ödəniş sistemindən ayrılmasına dəstəyini bir daha təsdiq edirəm”,- deyə Trüdo əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
