Kanadalı aliment ödəməmək üçün bir milyon dolları yandırdıbackend

Kanadalı aliment ödəməmək üçün bir milyon dolları yandırdı

Kanadanın Ottava şəhər sakini, 55 yaşlı iş adamı Brüs Makkonvil məhkəmə iclasında bir milyon Kanada dollarını yandırdığını bildirib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, pulun keçmiş həyat yoldaşına və uşaqlarına çatmasını istəməyib.

Hakim ona 30 gün həbs cəzası verib. Bu haqda “Ottawa Citizen” nəşri yazıb.

Ottava merinə sabiq namizəd həyat yoldaşı ilə ayrılan zaman məhkəməyə maliyyə haqda məlumat verməyi qəti şəkildə rədd edib.

Məhkəməyə məlum olub ki, sahibkar öz həyat yoldaşının xəbəri olmadan bütün əmlakı satıb, bank hesabından bir milyondan artıq Kanada dolları (17,8 milyon Grivnası) götürüb və guya onları yandırıb. Bütün bunları yalnız arvadına və uşaqlarına aliment ödəməmək üçün etdiyini deyib.

Məhkəmə ona pul yandırdığına dair sübutlar təqdim etməsini istəyib. Ancaq o, şahidsiz pullardan xilas olduğunu və video çəkmədiyini söyləyib.

Ali Məhkəmənin hakimi Kevin Phillips onun sözlərinə inanmayıb və onu məhkəməyə hörmət etməməkdə günahlandırıb.

Phillips vurğulayıb ki, iş adamı uşaqlarının rifahının qayğısına qalmamaqda təqsirkardır.

Əmlak məlumatlarını gizlətdiyinə görə Makkonvil 30 gün həbs cəzasına məhkum edilib.  Həmçinin, hakim ona maliyyə haqda məlumat vermədiyi müddətə görə də cərimə kəsib. Qərara əsasən o, həmin müddət bitənədək hər gün keçmiş arvadına iki min Kanada dolları ödəməlidir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*