Kanadalı siyasətçi çıxışı zamanı arı udub.
KONKRET.az “CNBC News”a istinadla xəbər verir ki, Ontario Baş naziri Duq Ford sağlamlıqla bağlı mətbuat konfransında çıxışı zamanı səhvən boğazına arı gedib.
Hadisədən az sonra məmur arının onun içində vızıldamasından şikayətlənərək söyməyə başlayıb.
“İndi bu video dönə-dönə paylaşılacaq və hər tərəfdə gülüşə səbəb olacaq… Lənət olsun, boğazımda ilişib qalıb… Yox, bu balaca ora necə girdi?!”, – deyə Ford vurğulayıb.
Hazırda Baş nazirin vəziyyəti barədə məlumat yoxdur.
Xuraman Etibarlı,
KONKRET.az
