Kaplan: “Rəqs edən Paşinyan başa düşdü ki, Azərbaycan əvvəlki Azərbaycan deyil”backend

Kaplan: “Rəqs edən Paşinyan başa düşdü ki, Azərbaycan əvvəlki Azərbaycan deyil”

Hilal Kaplan

“Cənubi Kaliforniya Universitetində Vaşinqtondakı səfirimiz Həsən Murat Mercan və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanovun qatıldığı tədbirdə xaosa səbəb olan ASALA rəğbətliləri tədbirdə iştirak edən attaşemizə də hücum ediblər”.

KONKRET.az xəbər verir ki, Türkiyənin tanınmış yazarlarından olan Hilal Kaplan özünün köşə yazısında daha sonra bunları vurğulayıb: “ABŞ polisinin yumşaq rəftarından sonra hücum edənlərdən heç biri saxlanılmasa da, ağlımıza 1973-cü ildə Kaliforniyanın Los-Anceles şəhərində ASALA və Gürgen Yanıkyan tərəfindən şəhid edilən diplomatlarımız Bahadır Dəmir və Mehmet Baydar gəldi.

Qarabağın erməni işğalından azad edilməsi zamanı Ermənistan dövləti baş verənlərlə bağlı o qədər də hay-küy salmadı. İkinci “Nə oldu, Paşinyan” biabırçılığı ilə məşğul olmaq istəməyən Ermənistanın baş naziri Paşinyan Azərbaycanla müharibə etmək fikrinin olmadığını bəyan etmək məcburiyyətində qaldı. Bundan sonra erməni diasporunun qəzəbi daha da artdı.

ABŞ-da baş verən hücumdan sonra yayılan iki fərqli xəbər erməni diasporunun vəhşiliyinin həm onlara, həm də Ermənistana problem yaradacağını göstərdi. Xəbərlərdən birincisi Gucci-nin erməni model Armine Arutyunyanın VOMA-ya qoşulduğunu açıqlamasıdır. 9 il əvvəl “The Art of Survival” şüarı ilə yaradılan təşkilat ABŞ və Ermənistanda ermənilərə silahlı təlim verən terror təşkilatıdır. Kəşfiyyatçı Vova Vortanov başda olmaqla təşkilat öz saytında Türkiyənin irəliləyişini dayandırmaq üçün mübarizə aparacaqlarını açıq şəkildə bildirir.

Təşkilatın fikrincə, türklər əvvəlcə İran və Rusiyaya, daha sonra isə Böyük Çin səddinə çatacaq. VOMA da türklərin bu irəliləməsinin qarşısını almaq üçün Ermənistanı və guya “işğal olunmuş” torpaqları müdafiə edəcəklərini iddia edir. Onun YouTube-dakı videolarına zenit silahı təlimi alan qadınların videoları və silah təlimi alan gənc uşaqların görüntüləri daxildir. Görünür, model Arutyunyan da bu terror təşkilatının reklam siması seçilib.

Fransanın keçmiş sosialist prezidenti Fransua Ollandın “Ermənistana kömək edək!” sərlövhə ilə yazdığı yazı daha bir önəmli xəbər oldu. Olland məqaləsində Osmanlı İmperiyasının Ərdoğan tərəfindən qaytarılacağını iddia edir və Fransanın Ermənistana dəstək verməsini istəyir. O iddia edir ki, əksini etmək həm Fransa, həm də Avropa İttifaqı üçün şərəfsizlik olardı. Ollandın məqaləsində deyildiyi kimi, o, vaxtilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması iddiasında olan ATƏT-in Minsk qrupunun üç sədrindən biri olub.

Fransanın Ollandın çağırdığı kimi Türkiyə və Azərbaycanla isti təmasla nəticələnə biləcək addım atması çətin görünür. Keçmiş müstəmləkələrində zərbə ardınca zərbə alan Fransanın VOMA kimi terror təşkilatlarına dəstək verməsi təəccüblü deyil. Axı ASALA-nın ən çox hücum etdiyi ölkələrdən biri də Fransadır.

Ancaq ABŞ-dakı erməni diasporunun, Gucci modeli də daxil olmaqla VOMA terrorçularının və Fransanın keçmiş prezidentinin unutduğu iki şey var: Azərbaycan nə əvvəlki Azərbaycandır, nə də Türkiyə əvvəlki Türkiyədir. Rəqs edən Paşinyan bunu biabırçı şəkildə başa düşdü və təbii ki, siz də başa düşəcəksiniz”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*