Çinin Hanqzhou şəhərində koronavirusa yoluxduqları ehtimal edilən insanların karantində saxlanıldığı oteldə robotlar fəaliyyətə başlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə insanlara qida paylamaq üçün “Balaca fıstıq” adlı robotun xidmətindən isitfadə olunur.
Robot qida məhsullarını paylayarkən “Hamıya salam. Sevimli Balaca Fıstıq yeməklərini paylayır. Nuş olsun. Nəyəsə ehtiyacınız olarsa, xahiş edirik işçilərə WeChat vasitəsilə ismarıc yollayın” sözlərini deyir.
Qeyd edək ki, robotların işlədiyi 16 mərtəbəli oteldə hazırda 300 nəfər karantin altındadır.


Qafqazinfo.az
