Karantində olan məşhur cütlük evə buraxıldıbackend

Karantində olan məşhur cütlük evə buraxıldı

Dünyaca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson karantində saxlanıldıqları Kvinslənd xəstəxanasından evə buraxılıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “People” nəşri yazıb.

Qeyd olunub ki, cütlük Avstraliyada kirayə götürdükləri evə köçüblər. Onlar bir müddət ev şəraitində karantində olacaqlar.

Xatırladaq ki, 5 gün əvvəl Avstraliyaya gedən cütlükdən koronavirus analizləri götürülmüş və nəticələr pozitiv çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*