Karasindən SENSASİYA: Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcəkbackend

Karasindən SENSASİYA: Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək

Rusiya Ukrayna ilə müharibəni 2026-cı ildə başa çatdırmaq istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, Moskva hərbi əməliyyatları gələn il yekunlaşdırmağa çalışır, lakin bunun reallaşması təkcə Rusiyadan asılı deyil.

“Əlbəttə ki, bu əməliyyatı 2026-cı ildə başa çatdırmaq istərdik. Ancaq məsələ yalnız bizdən, hərbçilərimizin və bütövlükdə ölkənin iradəsindən asılı deyil”, – Karasin bildirib.

O qeyd edib ki, müharibənin başa çatması beynəlxalq vəziyyətdən və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı vəziyyətdən də asılı olacaq.

“Belə bir istəyimiz var. Lakin əsas məsələ bu istəyi reallığa çevirməkdir. Bir sözlə, hər şey mövcud şəraitdən asılıdır”, – deyə o əlavə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*