“Böyük iranlı alim öz kitabında müxtəlif şəhərlərin coğrafi koordinatlarını verərək, bu şəhərlərin mənsubiyyətindən də bəhs edib. Ermənistan fəslində Paytakaran, Ələt, Şirvan və Bakı erməni şəhərləri kimi göstərilir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Karen Xanlaryan bildirib.
İranda “Cənubi Qafqazın sabitlik və təhlükəsizliyinin aktual çağırışları” mövzusunda təşkil olunan konfransda çıxış edən sabiq deputat onu da vurğulayıb ki, təqdim edilən islam xəritələrində Ermənistan əraziləri kimi Vandan Xəzər dənizinə qədər, o cümlədən Qarabağa qədər hissə təsvir olunub.
“Ərəb coğrafiyaşünası Ermənistan haqqında yazarkən Berdij şəhərinin adını çəkib ki, bu, Ermənistanın şəhəri sayılan həmin Berdzordur”, – Karen Xanlaryan bildirib.
Erməni xəstəliyi yenə də öz sözünü deyir. “Tarixi” sayqılamaları ilə bu xalq yenə də özü üçün növbəti faciələrə şərait yaradır.
Natiq Səlim,
KONKRET.az
