Kartdan pul oğurlayan keçmiş məhkum tutuldubackend

Kartdan pul oğurlayan keçmiş məhkum tutuldu

Bakıda bank kartından pul oğurlayan şəxs saxlanılıb. 

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 16-da bir nəfərin bank kartından hesabındakı 220 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Nəbiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*