Mask İranın Starlink-dən hərbi məqsədlərlə istifadəsinə sərt reaksiya verdibackend

Mask İranın Starlink-dən hərbi məqsədlərlə istifadəsinə sərt reaksiya verdi

İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə hücumlar zamanı “Starlink” peyk rabitə sistemindən istifadə etmiş ola biləcəyi bildirilir. Bu hücumların ABŞ hərbçilərinin həlak olduğu Küveytdəki hərbi bazaya zərbəni də əhatə etdiyi ehtimal olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “SpaceX” şirkətinin rəhbəri İlon Mask öz sistemindən icazəsiz istifadə ilə bağlı iki haldan xəbər tutduqdan sonra ciddi narazılığını ifadə edib. Şirkətdə İranın ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlar zamanı “Starlink” sistemini işə saldığı ehtimalı irəli sürülüb.

Bundan başqa, “SpaceX” rəhbərliyi Pentaqonun pilotsuz uçuş aparatlarını idarə etmək üçün hərbi peyk rabitə sistemi “Starshield”in ən ucuz tarifindən istifadə etdiyini müəyyən edib. Həmin tarifin yalnız quru əməliyyatları üçün nəzərdə tutulduğu bildirilir.

“The Washington Post” yazır ki, Küveytdəki ABŞ hərbi obyektinə hücumdan cəmi bir neçə saat sonra “SpaceX” şirkəti sürəti saatda 160 kilometrdən çox olan uçuş aparatlarında “Starlink”dən istifadə edən bütün şəxslərin kimliyinin təsdiqlənməsini tələb edib.

Məlumata görə, may ayında şirkət Pentaqon üçün “Starshield” sisteminin aylıq abunə haqqını 5 min dollardan 25 min dollara qaldırıb. Nəşrin iddiasına əsasən, bu dəyişiklik ABŞ hərbçilərinə sistem vasitəsilə pilotsuz uçuş aparatlarını idarə etmək imkanı verib.

Qeyd edək ki, “SpaceX” və Pentaqon qəzetin şərh sorğusuna cavab verməyib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*