Bərdədə 4 otaqlı ev  yandı: yeni evlənənlərin cehizlər kül oldu – FOTO / VİDEObackend

Bərdədə 4 otaqlı ev  yandı: yeni evlənənlərin cehizlər kül oldu - FOTO / VİDEO

Bərdə rayonunda fərdi yaşayış evində yanğın baş verib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov Ziyad Cullu oğluna məxsus 4 otaqlı fərdi yaşayış evində baş verən yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb.

Məlumata görə, ev sahibinin övladı yeni ailə həyatı qurmuşdu və bütün cehizlər də yanğın zamanı yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Yanğının başvermə səbəbi müəyyənləşdirilir.

 





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*