backend

Kazaryan Ermənistan ordusuna dəyən ziyanın məbləğini AÇIQLADI

“Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın yürütdüyü siyasət nəticəsində ordunun maddi itkiləri təxminən 4 milyard dollar təşkil edib”.

KONKRET.az xəbər verir ki, bunu sentyabrın 15-də jurnalistlərlə görüşündə Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, ekspert Edqar Kazaryan bildirib.

Onun sözlərinə görə, orta təbəqə zabitləri arasında itkilər ümumi sayın təxminən 25%-ni təşkil edir.

“Heç kim buna görə məsuliyyət daşımır. Üstəlik, insanlar hökumət başçısının hərəkətlərinə haqq qazandırırlar. Heç kim ondan heç nə tələb etmir”, – deyə Kazaryan şikayətlənib və açıq şəkildə əhalinin hakimiyyəti dəstəkləyən hissəsinə işarə edib./yenisabah/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*