Keçmiş merin üzərindən ittihamlar geri götürüldübackend

Keçmiş merin üzərindən ittihamlar geri götürüldü

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə əsasən, İsveçrə Almatı şəhərinin keçmiş meri Viktor Xrapunovun üzərindən yüz milyonlarla dolların “yuyulması” ittihamını götürüb. Bu cinayət işində iştirak edən şəxslər də onun ailəsinin üzvləri idi.

Ona qarşı cinayət işi 2013-cü ildən bəri davam edirdi. Cinayət işinə xitam verilməsi barədə qərar bir həftə əvvəl tərəflərə çatdırılıb. Məlumata görə, tərəflər qərardan noyabrın 25-dək şikayət edə bilərlər.

Xrapunov 2007-ci ildən İsveçrədə yaşayır və ona qarşı bütün iddiaları rədd edirdi. Reuters agentliyinə görə, cinayət işinə xitam verilməsi, oliqarx tərəfindən oğurlandığı iddia edilən yüz milyonlarla dolların Qazaxıstanın geri qaytarmasına mane ola bilər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xatırladaq ki, 8 oktyabr 2018-ci ildə Qazaxıstanda məhkəmənin qiyabi hökmünə əsasən, Almatı şəhərinin sabiq meri Viktor Xrapunov 17 il, həyat yoldaşı Leyla Xrapunova 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Almatı şəhərinin keçmiş rəhbərinin oğlu İlyas Xrapunov da beynəlxalq axtarışa verilib. O, mütəşəkkil cinayətkar qrup yaratmaq və idarə etmək, cinayətkar cəmiyyətdə iştirak etmək, habelə qanunsuz yolla əldə edilmiş pul və ya digər əmlakı qanuniləşdirməkdə şübhəli bilinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*