Amerikalı hərbçilərin Polşada rotasiyasının dayandırılması ABŞ-ın Rusiyaya qarşı casusluq imkanlarını azaldacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri keçmiş ABŞ zabitinə istinadən yazıb.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının keçmiş zabiti Mark Montqomerinin sözlərinə görə, hərbçilərin “şərq cinahı”ndan çıxarılması informasiya toplamaq üçün əldən verilmiş imkanlar deməkdir.
“Qoşunlarımızın belə ön mövqelərdə yerləşdirilməsi bizə radioelektron kəşfiyyat aparmaq, hətta agentura kəşfiyyatı həyata keçirmək, Kalininqrada və Sankt-Peterburqa bir göz atmaq imkanı verirdi”, – deyə o bildirib.\\Bakupost.az
