Kəlbəcərdə göldə boğulan hərbçimizin cəsədi tapıldı – YENİLƏNİBbackend

Kəlbəcərdə göldə boğulan hərbçimizin cəsədi tapıldı - YENİLƏNİB

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

***

09:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Bu barədə KONKRET.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, “112” qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü İlham Allahverdi oğlu Fərzəliyevin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*