Kemal Sunalın filmlərindəki Fatoş 36 il sonra – FOTObackend

Kemal Sunalın filmlərindəki Fatoş 36 il sonra - FOTO

“Yeşilçam”ın uşaq aktyoru Oya Ece Altonun (Fatoş) uzun illərdən sonra yeni fotoları yayılıb. 

KONKRET.az xəbər verir ki, bir çox filmlərdə məşhur aktyor Kemal Sunalla (Şaban) rol alan Ecenin hazırkı görünüşü onu sevənləri üzüb.

36 il sonra fotoları ortaya çıxan aktrisa dəyişimi ilə hər kəsi təəccübləndirib. Ekranlardan uzaq yaşayan aktrisa hazırda hotel idarəçiliyi ilə məşğuldur. “Garip” filminin kiçik ulduzu 1980-cı ildə anadan olub.

O, İstanbul universitetinin İtaliyan dili və ədəbiyyatı fakültəsini bitirib.

Fatoş “Garip” filmindən sonra “TRT 1” ekranlarında yayınlanan “Gecenin Öteki Yüzü” adlı serialında çəkilib.

Daha sonra “Keşanlı Ali Destanı”, “Beyaz Bisiklet”, “Arka Sokaklar” və “İmkansız Aşk” kimi layihələrdə yer alıb./BAKU.WS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*