“Kəpəz” “Sabah“a, “Araz-Naxçıvan” “Səbail”ə qarşıbackend

“Kəpəz” “Sabah“a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, son gündə 2 matç keçiriləcək. Əvvəlcə 9-cu yerdəki “Kəpəz” 5-ci pillədəki “Sabah”ı qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.

Digər matçda isə 8-ci yerdəki “Araz-Naxçıvan” 7-ci pillədəki “Səbail”lə qarşılaşacaq. Bu görüş saat 19:00-da start götürəcək.

21 aprel (bazar)

16:30. “Kəpəz” –“ Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan”– “Səbail”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena”

19 aprel (cümə)

“Turan Tovuz” – “Sumqayıt” – 1:4

20 aprel (şənbə)

“Zirə” – “Neftçi” – 3:1

“Qarabağ” – “Qəbələ” – 2:2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*