“Kəpəz”in yeni baş məşqçisi açıqlanıb.
KONKRET.az xəbər verir ki, Gəncə təmsilçisi Tərlan Əhmədova tapşırılıb.
Tərəflər 1 illik müqavilə imzalayıb. Əhmədov bu postda Yaşar Vahabzadəni əvəzləyib.
15:07
“Kəpəz”də yeni baş məşqçi təyinatı rəsmiləşib.
KONKRET.az xəbər verir ki, bu Tərlan Əhmədovdur.
Yeni baş məşçinin təqdimat mərasimi bu gün saat 15:45-də Gəncə Gənclər Evində başlayacaq.
Tərlan Əhmədovun məşqçilər korpusunda Vidadi Rzayev, Ceyhun Tanrıverdiyev və Nadir Şükürovun yer alacağı dəqiqləşib. Daha bir nəfəri isə Əhmədov özü ilə Bakıdan aparacaq.
AFFA-nın nəzarətində olan kluba bu təyinat Elxan Məmmədovun təşəbbüsü və xeyir-duası ilə gerçəkləşib.
