Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Kərbəla ziyarətinə gedən İmişli rayon Sərxanlı kənd sakini Yusifov Davər Qəfər oğlunun itkin düşməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
KONKRET.AZ-ın məlumatına görə QMİ mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, kəndin axundu kimi təqdim olunan Yusifov Davər Qəfər oğlu rəsmi təyin olunmuş din xadimi deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə Kərbala ziyarətinə gedən D.Yusifovun itkin düşməsi barədə məlumat yayılıb. Məlumata görə, onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət edilib.
