Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarəsi Kerç bərə keçidinin fəaliyyətini müvəqqəti dayandırıb.
KONKRET.az xəbər verir ki, dayandırmanın səbəbi açıqlanmayıb.
Həmin gün səhər saatlarında Krım körpüsündə gün ərzində 1400 avtomobilin tıxacda toplandığı bildirilirdi .
Bir neçə gün əvvəl Kerç boğazından keçən bərə də fəaliyyətini dayandırıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu, güclü külək nəticəsində baş verib.
