Müharibədən yayınmaq üçün yalnız bir çıxış yolu qalır: xarici vasitəçilər olmadan ikitərəfli formatda əlaqələr yaratmaq.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Qarik Keryan özünün facebook səhifəsində yazıb.
Siyasi şərhçi fikrini belə əsaslandırır ki, Ermənistan müharibədən yayına bilsə, məncə, bu, yalnız Rusiya ilə İran arasında müəyyən qarşılıqlı razılaşma, Rusiya və İranın maraq dairəsinin aydınlaşdırılması və konsensus nəticəsində mümkün olacaq.
Politoloq hesab edir ki, regionda Rusiya-İran hegemonluğuna qarşı Brüssel-Vaşinqton oxu da aktivləşib ki, bu da bölgədə olduqca mürəkkəb vəziyyət yaradıb.
“Kollektiv Qərb birmənalı olaraq məsələlərin müharibə yolu ilə həllinə tərəfdar deyil. Amma ruslar öz iradələri ilə getsələr, daha yaxşı olardı. Putinin dediyi kimi getməsələr, vəziyyət dəyişəcək. Proseslərdən məlum olur ki, Ermənistan-Azərbaycan qarşıdurmasından öz maraqlarına xidmət edən dünya və regional qüvvələr ətrafımızda toqquşur. Bundan isə hər iki tərəf əziyyət çəkir. Yalnız bir çıxış yolu var, xarici vasitəçilərin olmadığı ikitərəfli format”.
Natiq Səlim,
KONKRET.az