Dövlət Xidmətinin rayon şöbəsində insident: Çağırış vərəqəsini…backend

Dövlət Xidmətinin rayon şöbəsində insident: Çağırış vərəqəsini...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb.

KONKRET.az xitab24.az-a istinadla xəbər verir ki, hadisə xidmətin inzibati binasında qeydə alınıb.

2007-ci il təvəllüdlü çağırışçı, Astara rayon Şümrüd kənd sakini Samir Sərvərov (ad-soyad şərtidir) inzibati binada olan zaman xidmətin əməkdaşlarına qarşı tabesizlik göstərib. İnsident zamanş çağırış vərəqəsini cıran şəxs, polisin də qanuni tələblərinə tabe olmayıb.

S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*