Kim Kardaşyan Baş nazir Nikol Paşinyanla görüşündə Ermənistana investisiya qoymaq və biznes qurmaq niyyətində olduğunu bildirib. KONKRET.az xəbər verir ki, bunu İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutunda Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib:
“Kim Kardaşyan bu yaxınlarda Ermənistana səfər etdi. Bu dəfə o, dörd uşağını erməni kilsəsində vəftiz etmək üçün Ermənistana gəldi. Təəssüf ki, Kanye gəlmədi. Onunla görüşdüm və dedi ki, Ermənistanda biznes qurmaq və investisiya qoymaq niyyətindədir. Məncə bu çox yaxşı xəbərdir. Ümid edirik ki, Ermənistandakı Kim Kardaşyan yalnız bir televiziya ulduzu kimi deyil, investor olaraq da qəbul ediləcəkdir və bu, Ermənistanda investisiya qoyuluşu üçün yaxşı bir reklam olacaqdır”.
