Kimlər moruq yeməməlidir? – Dietoloq AÇIQLADIbackend

Kimlər moruq yeməməlidir? - Dietoloq AÇIQLADI

Toxumu yağlar və fitosterinlə zəngin olan moruğun vətəni Avropa ölkələridir. Moruq ən çox meşələrdə, kolların altında, çay kənarlarında və boş ərazilərdə bitir. Bu meyvə qızdırmasalıcı, qanaxmakəsici, iştahaçıcı təsirə malikdir və tərkibi A, E, PP, C, B qrup vitaminləri ilə zəngindir. Xalq təbabətində moruqdan qrip, kəskin respirator virus xəstəlikləri, oynaq ağrıları, radikulitlər, soyuqdəymə və nevrotik xəstəliklər zamanı istifadə edilir. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, moruq sağlam giləmeyvə olsa da, lakin hər kəs onu yeyə bilməz.

Rusiyalı dietoloq Daria Rusakovanın sözlərinə görə, moruq mədə xorası, eləcə də onikibarmaq bağırsaq xəstəlikləri, kolit, divertikulit, qida dözümsüzlüyü olan insanlar üçün zərərli ola bilər.

O qeyd edib ki, giləmeyvə hipertansif xəstələr üçün əks göstəriş deyil. Bununla belə, diqqətlə yeyilməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*