Kiprdə gəmi qəzasında ölənlərin sayı artdıbackend

Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel X hesabında paylaşım edib.

Onun sözlərinə görə, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.

Baş nazir axtarış-xilasetmə işlərinə özəl şirkətlərin cəlb ediləcəyini, həmçinin Türkiyə ilə məsləhətləşmələrin aparılacağını deyib.

Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*